İngilis dilində “Business to Business” sözü olan B2B, şirkətlərarası marketinq və satış təcrübəsinin ən müasir formasıdır. İqtisadiyyatın ən müasir modeli olan B2B fəaliyyətindən asılı olmayaraq bütün şirkətlər üçün geniş imkanlar açır. Burada B2B proqramına malik şirkət öz məhsullarını bilavasitə oxşar fəaliyyətlə məşğul bütün şirkətlərə təqdim etmək imkanına malik olur. Nəticədə hər hansı bir məhsulun satışı bir şirkət tərəfindən deyil, B2B zəncirinə qoşulmuş bütün şirkətlər tərəfindən həyata keçirilir. Bu da proqrama malik olan dominant şirkətin satış və qazancının artmasına səbəb olur.
Narsoft B2B sisteminin yığılması və şirkətlərə tətbiq edilərək onların maraqlarına uyğunlaşdırılması üçün geniş çeşidli həllər təklif edir:
– Şirkətinizə uyğun B2B modelin təyin edilməsi
– Məhsul və xidmətlərinizə uyğun kateqoriya sisteminin yaradılması
– B2B zəncirinə qoşulmuş partnyor şirkətlər üçün depozit sisteminin qurulması
– Online və nəğd ödəniş sistemlərinin formalaşdırılması
– Partnyorlar üçün sifariş modulunun qurulması
– Komissiya modulunun qurulması
– Parnyor şirkətlər üzrə statistika və hesabat modulu