Kargüzarlıq Sistemi

Kargüzarlıq — sənədlərin tərtib olunması, çap edilib çoxaldılması, əldə edilməsi, əldə edilməsinin rəsmiləşdirilməsi, qeydə alınması, arxivə təhvil vermək üçün hazırlanması, arxivə təhvil verilməsi və saxlanması prosesi başa düşülür. Kargüzarlıq xidməti üzrə bütün əməliyyatların dəqiq və təsirliliyi müəssisə və təşkilatlarda sənəd dövriyyəsinin düzgün təşkilindən asılıdır. Təbii ki bu prosesin elektronlaşdırılması və avtomatlaşdırılması sənəd dövriyyəsi prosesini tam nəzarətdə saxlamaq imkanını verir.

Narsoft Kargüzarlıq sisteminin yığılması və şirkətlərə tətbiq edilərək onların maraqlarına uyğunlaşdırılması üçün geniş çeşidli həllər təklif edir:
– Şirkətinizə uyğun Kargüzarlıq modelin yaradılması
– Daxili mətn redaktoru
– Şirkət və ya qurum daxili sənədlərin göndəriş və qəbul sistemi
– Kateqoriya sisteminin qurulması
– Arxiv sənədlər modulu
– Sənədlər üzrə statistika və hesabat modulu